Su basmış evlərdən 12 nəfər təxliyə olunub

17 Fevral 2017 22:14

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən Daşağıl gölündə suyun səviyyəsinin qalxması nəticəsində yaxınlıqda olan fərdi yaşayış evlərinin həyətyanı sahələrini su basması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq 12 nəfərin təhlükəsiz əraziyə təxliyyə olunmasını təmin ediblər.

Milli.Az