"Arka sokaklar"ın aktrisası huşunu itirib yıxıldı - FOTO

16 Fevral 2017 16:29

Aktrisa Filiz Taçbaş bu gün məhkəmə binasında huşunu itirərək yıxılıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, "Arka sokaklar" serialında rol alan aktrisa ona məcburən sənəd imzalatdıran şəxsdən şikayətçi olsa da, məhkəmə həmin adam barəsində bəraət hökmü çıxarıb.

Ağlayaraq özündən keçən F.Taçbaşı media nümayəndələri ayağa qaldırıb.

Milli.Az