"Cesur ve Güzel"də yeni aktyor - FOTO

17 Fevral 2017 07:14

Kıvanç Tatlıtuğ və Tuba Büyüküstünün baş rollarını ifa etdiyi "Cesur ve Güzel" serialına yeni aktyor daxil olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, serialda növbəti seriyadan etibarən aktyor Serdar Özer də iştirak edəcək. Korludağa yeni təyin olunan prokuror rolunu canlandıran aktyor "Tahsin Korludağ" obrazı üçün kabusa çevriləcək.

Qeyd edək ki,"Kaderimin Yazıldığı Gün" serialında "Mesut" obrazı ilə məşhurlaşan aktyor "Bana Sevmeyi Anlat" serialında da iştirak edib.

Milli.Az