Yeni türk serialı başlayır, Ancelina və Ronaldu da olacaq - FOTO

15 Fevral 2017 20:38

Hollivud ulduzu Ancelina Coli, ulduz futbolçu Kriştianu Ronaldu və livanlı məşhur müğənni Nensi Ajram türk serialında çəkiləcək.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 3 mövsümlük "Hayat Körpüsü" adlı serialın treyler çəkilişləri artıq başlayıb. Çəkilişləri Qaziantep şəhərində aparılan serial Suriyadakı vətəndaş müharibəsindən qaçıb Türkiyəyə sığınan bir ailənin dramından bəhs edilir.

"Hayat körpüsü"nün adından da göründüyü kimi ya orada qalıb öləcəksiniz, ya da bu tərəfə gəlib yaşayacaqsınız ideyası əsas götürülüb.

Rejissoru Eyyub Dirlik olan serialda livanlı  və Türkiyənin tanınmış aktrisaları Perihan SavaşHülya Koçyiğit də iştirak edəcək.

Qeyd edək ki, xarici məşhurlar serialda qonaq aktyor və aktrisa kimi iştirak edəcəklər.

Milli.Az