Tehranda hotellərin QİYMƏTLƏRİ

14 Fevral 2017 22:39

Hər il ölkəmizə yüzlərlə turist gəlir. Qonaqlar arasında yaxın qonşularımız da yer alır. Belə ölkələrdən biri də İrandır. Elə azərbaycanlı turistlər də İrana üz tuturlar. Əsasən də ölkə vətəndaşları tibbi turizm üçün həmin ölkəyə baş çəkirlər.

Bəs görəsən İranın paytaxtı Tehranda hotellərdə gecələmək neçəyədir? 

Milli.Az fins.az-a istinadən Tehranda hotellərin qiymətlərini təqdim edir.

"Esteghlal East in Tehran"

Tehranın mərkəzində yerləşən hotel 5 ulduzludur. Hoteldə bir gecəlik "single" otaqlar 150, "double" otaqlar isə 180 dollardır. Göstərilən qiymətə səhər yeməyi də daxildir.

"Esteghlal West"

Hotel 5 ulduzludur. Hoteldə "single" otaqlar 135, "double" otaqlar isə 160 dollardır. Qeyd edək ki, digər İranda yerləşən əksər hotellər kimi "Esteghlal West"də də göstərilən məbləğə yalnız səhər yeməyi daxildir.

"Laleh Hotel"

Hotel Tehranda yerləşir 5 ulduzludur. Hotelin nömrə qiymətlərinə gəlincə isə, həm "single", həm də "double" otaqlar 215 dollardır.

"Enghelab Hotel"

Hotel 4 ulduzludur. Mehmanxana da "single" və "double" nömrələrin qiyməti 130 dollardır. Qiymətə hoteldə gecələmək və səhər yeməyi daxildir.

"Asareh Hotel"

Hotel 4 ulduzludur. Qiymətə yalnız səhər yeməyi və hoteldə gecələ daxildir. Qiymətlərə gəlincə isə "single room" 100 dollar, "double roomlar"da qalmaq isə 140 dollardır.

"Mashhad Hotel"

Hotel 3 ulduzludur. Hoteldə single roomlar 100-ə, double roomlar isə 130 dollaradır.

"Shiraz Hotel"

Hotel Tehran şəhər mərkəzindən bir qədər aralıda yerləşir. Səhər yeməyinin də daxil olduğu otaq qiymətləri isə belədir. "Single room"lar 80, "double room"lar 115 dollar.

"Parastoo Hotel"

Mehmanxana şəhər mərkəzindən elə də uzaqda deyil. 2 ulduzlu hoteldə "single room"da gecələmək 70 dollardır. "Double" otaqların qiyməti isə 90 dollara başa gəlir. Bu qiymətə əlavə olaraq səhər yeməyi də verilir. 

Qeyd edək ki, İran hotelləri haqqında məlumat əldə etmək elə də asan deyil. Belə ki, əksər hotel xidməti göstərən saytlarda adı çəkilən ölkənin hotel və istirahət mərkəzləri haqqında demək olar ki, məlumat olmur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində