"Məğlub olanda dəliyə dönür"

15 Fevral 2017 08:52

"Mançester Yunayted" Avropa Liqasının 1/16 final mərhələsində Fransanın "Saint-Etienne" kollektivi ilə münasibətlərini aydınlaşdıracaq. Bu oyun Poqba ailəsinin iki üzvü Pol və Florentenin də rəqib kimi meydana çıxması ilə yadda qalacaq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, böyük qardaş Florenten "qırmızı şeytanlar"ın şərəfni qoruyan Pol haqqında bunları deyib:

"O, uduzmağı sevmir. Uduzanda başı hərlənir. Mən yenilgini həzm etməyi öyrənmişəm. Hesab edirəm ki, səhvlər üzərində öyrənmək lazımdır. Pola gəlincə, məğlub olanda dəliyə dönür. Hər ikimizi gərgin və emosional oyunlar gözləyir. Bundan pozitiv nəsə götürə bilərik. "Yunayted"in əzəmətinə baxmayaraq, futbolda hər şey mümkündür. Onların kağız üzərində bizdən üstün olması heç nəyi həll etmir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində