Neft ucuzlaşır

13 Fevral 2017 09:04

Dünya birjalarında neftin qiyməti azalıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,07 dollar və ya 0,13% azalaraq 53,79 dollar təşkil edib.
 
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,07 dollar və ya 0,12% azalaraq 56,63 dollar olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində