Tanış olun - yeni UAZ - FOTO

12 Fevral 2017 19:21

Ulyanovsk avtomobil zavodunda (UAZ) hazırlanan UAZ-3170 krossoverinin fotoları internetə "sızıb".

UAZ-3170 dondurulmuş vəziyyətdədir. Həmin məlumatlarda deyilir ki, UAZ-ın prioriteti "Patriot"un bərpasıdır.

Bu vaxta qədərsə bildirilirdi ki, UAZ yeni 3170-in zahiri görünüşünü xaricdə hazırlatdırır, və bununla bağlı "NAMİ" studiyasında çox sayda konsepsiya hazırlanıb.

UAZ-3170 bütün təkərlərin müstəqil şəkildə asıldığı ən yeni çərçivəsiz platforma əsasında yaradılır. "NAMİ" dizaynerlərinin təklif etdiyi variantlardan başqa, "Pininfarina" atelyesinin modelləri də var idi. Bundan sonra isə layihənin "dondurulduğu" bildirilirdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində