"Kara sevda"da çoxlarının diqqət yetirmədiyi gizli mesaj - VİDEO

9 Fevral 2017 13:21

Türkiyənin ən çox baxılan ikinci serialı "Kara sevda"nın ötən gün yayımlanan seriyasında çoxlarının diqqət yetirmədiyi gizli mesaj verilib.

Milli.Az "Haberler"ə istinadla bildirir ki, ekran işinin dünən yayımlanan seriyasında Türkiyədə keçiriləcək referendumla bağlı mesaj verilib. Belə ki, ekran işinin son səhnəsində Kemal obrazı ilə Emir obrazı arasında "hə" - "yox" dialoqu gecəyə damğa vurub. Rejissorun referendumla bağlı mesajı hazırda sosial şəbəkələrdə trend olub.

Qeyd edək ki, bu ilin aprel ayında Türkiyədə yeni konstitusiya üzrə referendum keçirilməsi nəzərdə tutulur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin: