“Qazprom” qaz ixracında yeni rekord vurub

28 Yanvar 2017 19:54

Rusiyanın "Qazprom" şirkətinin uzaq xaricə qaz tədarükündə yeni rekord göstərici qeydə alınıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Qazprom" şirkətinin məlumatında bildirilir.  Məlumata görə, şirkət  yanvarın 27-də uzaq xaricə 636,4  mln. kubmetr həcmində qaz tədarük edib.
 
Yanvarın 1-dən 27-dək qazın tədarükündə artım dinamikasını ən çox Macarıstan (ötən ilin analoji dövrü ilə müqayisədə 11,2 faiz), Serbiya (5,1 faiz) və Bolqarıstan (15,9 faiz) nümayiş etdiriblər.  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində