Azərbaycan Türkiyəyə qaz ixracını artırıb

23 Yanvar 2017 22:26

Azərbaycan 2016-cı ilin yanvar-noyabr aylarında Türkiyəyə 5,89 milyard kubmetr qaz tədarük edib. 2015-ci ilin analoji dövründə bu göstərici 5,57 milyard kubmetr olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Enerji bazarının nizamlanması idarəsinin saytında dərc olunan hesabatda deyilir.

Hesabata əsasən, Türkiyə ötən ilin yanvar-noyabrında 40,78 milyard kubmetr qaz idxal edib. Azərbaycanın bu dövrdə Türkiyənin ümumi idxalında payı 14,43 faiz təşkil edib.

Qeyd edək ki, Türkiyə Azərbaycandan qazı Cənub Qafqaz boru kəməri (Bakı-Tbilisi-Ərzurum) vasitəsilə idxal edir.

Milli.Az