“YouTube”da messencer funksiyası test edilir - VİDEO

24 Yanvar 2017 08:01

"YouTube" xidməti özünün "Android" və iOS üçün mobil əlavəsində məlumat, video və istinad mübadiləsi funksiyasını sınaqdan keçirir.

Milli.Az lent.az-a istinadən xəbər verir ki,  "YouTube"un daxili messenceri kimi qiymətləndirilən yeni funksiya hazırda yalınız Kanada ərazisində çalışır.
 
Hələlik bu funksiyanın bütün dünya üzrə istifadəçilərə açılıb-açılmayacağı bəlli deyil. Lakin eksperiment göstərir ki, "YouTube"un sahibi olan "Google" bu xidməti əsl sosial şəbəkəyə çevirmək istəyir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin: