Məşhur telekanal Trampı "güllələtdi" - FOTO

22 Yanvar 2017 10:06

BBC teleradio şirkəti özünün Twitter hesabında ABŞ prezidenti Donald Trampın yaralanması barədə yayılan xəbərləri araşdırır.

İstipress-in məlumatına görə, bu barədə Böyük Britaniyanın Mirror qəzeti xəbər yayıb.

Araşdırmalar nəticəsində məlum olub ki, hakerlər BBC-nin Twitter hesabını sındıraraq belə bir məlumat yerləşdiriblər.

"Təcili xəbər: prezident Tramp inauqurasiya mərasimində əlindən güllə yarası alıb", - deyə hakerlərin yerləşdirdiyi xəbərdə deyilir.

Lakin xəbər BBC mütəxəssisləri tərəfindən tezliklə silinib və buna görə üzr də istənilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində