"Peşmanam" - 2400 manatlıq oğurluq edən gənc saxlanıldı - VİDEO - FOTO

21 Yanvar 2017 13:49

Siyəzən polisi evlərdən oğurluq edən şəxsi saxlayıb.
Milli.Az ARB Şimal-a istinadən xəbər verir ki, bu, Siyəzən şəhər sakini 25 yaşlı Elvin Nəriman oğlu Bəydəmirovdur.

O, Əmirağa Məmmədova məxsus mənzilə girərək oradan 2400 manat məbləğində məişət avadanlıqlarını oğurlayıb. "Siyəzən ərazisindən oğurluq etmişəm. Peşmanam".

Aparılan araşdırma zamanı məlum olub ki, Elvin Bəydəmirov daha bir neçə mənzildə də eyni əməli törədib. Hazırda onun başqa oğurluq faktlarında iştirakı yoxlanılır. Elvin Bəydəmirov tutduğu əməldən peşman olduğunu deyib.

Faktla bağlı Siyəzən RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin: