"Tehrandakı yanğında ölənlər barədə məlumat vaxtından tez verilib"

19 Yanvar 2017 17:10

Tehranda yanğın zamanı çoxmərtəbəli binanın çökməsi zamanı həlak olanlar barədə məlumat vaxtından tez verilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Tehranın Yanğından Mühafizə Xidmətinin rəsmi nümayəndəsi Cəlal Maliki deyib.

Onun sözlərinə görə, axtarışlar zamanı dağıntılar altında heç bir meyit tapılmayıb: "Hazırda axtarış işləri davam edir".

Qeyd edək ki, Tehranda yanğın zamanı 30 yanğınsöndürənin həlak olduğu barədə məlumat yayılıb.

Milli.Az