"İçerde"nin qəhrəmanı xəstəxanalıq oldu

12 Yanvar 2017 14:30

"İçerde" serialının baş roluna çəkilən Çağatay Ulusoy bir neçə gündür ki, xəstəxanada müalicə alır.

Milli.Az "Sözcü"yə istinadla bildirir ki, serial çəkilişləri ilə əlaqədar olaraq ağır rejimdə işləyən aktyor sağlamlığına fikir vermədiyinə görə xəstəxanalıq olub.

O, qaraciyər yağlanmasından əziyyət çəkir. Aktyor 3 gündür özəl xəstəxanada müalicə alır.

Milli.Az