Avropanın "ən yaşlı" liqaları məlum oldu

12 Yanvar 2017 14:50

Avropaya daxil olan ölkələrin çempionatlarda orta yaş göstəricisi açıqlanıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Rusiya və Türkiyə liqaları 27.1 il göstəricisi ilə ilk pillədə qərarlaşıb. Dünyada 3 çempionatda orta yaş göstəricisi bundan daha yüksəkdir. Bunlar Qətər (27.2), Filippin (27.3) və Tayland (27.5) çempionatlarıdır. Avropanın ən cavan liqası Hollandiya çempionatının 2-ci divizionudur - 23.1 il.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində