Fatih Terim Azərbaycan yığmasının üzvünü istəyir

12 Yanvar 2017 14:23

Azərbaycanın 21 yaşlılardan ibarət millisinə çağırılan Hollandiyanın "Feyenoord" klubunda çıxış edən Ozan Can Kökcü Türkiyə yığmasının baş məşqçisi Fatih Terimin də "ay ulduzlu" komandaya namizədlərindəndir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, təcrübəli mütəxəssis Ozan Can və onun qardaşı Orkunu da komandaya çağırmaq fikrindədir.

Onları Terimə Emre Moru yığmaya gətirən Türkiyə Futbol Məşqçiləri Dərnəyinin (TÜFAD) rəhbəri Abdulkadir Bakırdövən məsləhət görüb. Bundan başqa Hollandiya Futbol Federasiyası da adıçəkilən futbolçuları izləyir.

Bildirək ki, millimizin baş məşqçisi Robert Prosineçki Ozan Can Kökcünü izləmək üçün Antalyaya gedib.

Futbolçuların atası Halis Kökcü isə bunları deyib: "Oğlanlarım Türkiyə millisində oynamaq istəyir. Tək arzuları "ay ulduzlu" formanı geyinməkdir. Avropada oynayan türklərin hamısı bu arzu ilə yaşayır. İnanıram ki, xeyirlisi olacaq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində