Qorxulu kadrlar: evdəki ruhlar qızı qorxutdu - VİDEO - FOTO

12 Yanvar 2017 14:09

Qızının otağında tək qalmasından qorxmağa başlamasından narahat olan ata evin bütün otaqlarına müşahidə videokameraları yerləşdirmişdi.

O, sonradan görüntüləri nəzərdən keçirəndə dəhşətə gəlib. Belə ki, evdə paranormal fəallıq vardı. Atanın dediyinə görə, evində ruhlar dolaşır.

Milli.Az Millenal News-a istinadən bildirir ki, balaca qız otağında oynayarkən əvvəlcə kukla hərəkət edib, başını yelləməyə başlayıb. Qız qorxub yan otağa keçib və orada masanın üzərinə kağızlar qoyaraq şəkil çəkməyə başlayıb. Bu zaman vərəqlər qəflətən hərəkət edib, qıza doğru sürüşüb.

Qız atasını çağıraraq otaqdan qaçıb çıxanda isə masa onun arxasınca sürüşməyə başlayıb.

Olay ABŞ-ın Feniks şəhərində yaşanıb. Polis baş verənləri araşdırır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Qorxulu kadrlar: evdəki ruhlar qızı qorxutdu