Trampın ilk mətbuat konfransında qalmaqal

11 Yanvar 2017 23:36

ABŞ-ın 44-cü prezidenti Donald Trampın Nyu-Yorkda keçirdiyi ilk mətbuat konfransı qalmaqalla bitib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Tramp "BBC" müxbirinin ona sual ünvanlamasına icazə verməyərək "Zəhmət olmasa, sakit olun, kobudluq edirsiniz. Siz yalan xəbərlər hazırlayan bir qurumsunuz" deyib.

Müxbirin "Xəbər şirkətimizə sözlərinizlə hücum edirsiniz" cavabına əsəbləşən ABŞ prezidenti "Qurumunuz çox bərbaddır" deyə bildirib.

Milli.Az