Tramp: "Rusiya ilə heç bir əlaqəm yoxdur!"

11 Yanvar 2017 19:10

ABŞ-ın yeni  seçilmiş prezidenti Donald Tramp Rusiya kəşfiyyatının əlində onun barəsində kompromatlar olduğu barədə yayılan xəbərlərə münasibət bildirib.

APA-nın xəbərinə görə, D.Tramp bəyan edib ki, Rusiya heç vaxt ona təzyiq göstərməyə çalışmayıb. O, özünün Tvitter səhifəsində iri hərflərlə bunları yazıb: "Mənim Rusiya ilə ən kiçik münasibətim belə yoxdur - heç bir sövdələşmə, heç bir kredit, heç nə!"    

D.Tramp bundan əvvəlki "tvit"ində isə seçkidə təmiz qələbə qazandığını və opponentlərin yalan xəbərlərlə onun qələbəsinə kölgə salmağa çalışdıqlarını deyib.

Milli.Az