Türkiyə ayaqda - O terrorçu axtarılır - YENİLƏNİB - VİDEO

11 Yanvar 2017 20:46

20:46

Dekabrın 31-də "İstanbulda "Reina" gecə klubunda 39 nəfərin ölümü, 66 nəfərin yaralanması ilə nəticələnən terror aktından sonra şübhəli Əbdülqədir Maşaripovun axtarışları davam etdirilir.

Milli.Az-ın qafqazinfo-ya istinadən verdiyi məlumata görə, terrorçu bu gün "Bağçılar" metrostansiyası yaxınlığında görünüb. Buna görə də Bağçılar-Kirazlı dayanacağı bağlanıb, metroda qatarların hərəkəti dayandırılıb.

Əraziyə polis heyəti sövq edilib. Axtarışlar aparıldıqdan sonra metro yenidən fəaliyyətə başlayıb.

Atatürk hava limanının girişində də təhlükəsizlik tədbirləri gücləndirilib.

Məsələylə bağlı bir nəfərin saxlanıldığı bildirilir.

----------

17:51

Polisə "Reina" terrorçusunun "Bağçılar" metrosunda olduğu xəbəri verilib.

Milli.Az DHA-ya istinadən xəbər verir ki, məlumatı alan təhlükəsizlik əməkdaşları dərhal metro qatarlarının hərəkətini dayandırıblar. "Kirazlı" stansiyası bağlanıb.

Bölgəyə çoxlu sayda polis qrupları göndərilib. Stansiya və ətrafında axtarışlar davam edir.

Təhməz Təkin
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin: