Azərbaycanlı məşhurların "Məhəbbət uçbucaq"ları

11 Yanvar 2017 16:54

Bu bir aksiomadır ki, sənət adamlarının şəxsi həyatları ən azı yaradıcılıqları qədər maraqlı olur.

Əgər söhbət məşhur sənət adamından gedirsə, deməli, bu maraq da bir o qədər artır.

Bəs sənət adamları arasındakı "məhəbbət üçbucağı" necə?

Ölkə.az Azərbaycanın səhnə adamlarının yaşadıqları "məhəbbət üçbucaq"larını təqdim edir.

Əfsanəvi kino və teatr aktyoru Səyavuş Aslan aktrisa Ofeliya Aslanla həyat yoldaşı olublar. Məşhur cütlüyün bu izdivacdan Çingiz və Eldar adlı oğlanları var. Bu arada qeyd edək ki, O.Aslan öz dövrünün məşhur aktyorlarından olan Rza Əfqanlının qızıdır. Anası Bədurə Əfqanlı isə geyim rəssamı olub. Ancaq S.Aslanın gənc müğənni Təranə Vəlizadəylə tanışlığı cütlüyün xoşbəxt həyatına son qoyur. S.Aslan özündən 20 yaş kiçik T.Vəlizadəylə uzun müddət vətəndaş nikahında yaşayır. Hətta bəzi məlumatlara görə, S.Aslan T.Vəlizadə ilə O.Aslanı eyni evdə saxlayırmış. Qeyd edək ki, T.Vəlizadə 70-80-ci illərin məşhur müğənnisi Eyvaz Həsənovun həyat yoldaşı olub.

Dövlət Gənclər Teatrının rəhbəri, xalq artisti Hüseynağa Atakişiyev əməkdar artist, "Bəxt üzüyü" filmindəki Sara obrazıyla tanınan Gülşad Baxşıyeva ilə rəsmi nikahda olublar və cütlüyün bu nikahdan iki oğul övladı var. Ancaq 90-ci illərin əvvəlindən etibarən Atakişiyevin Eldarova ilə münasibətləri yaxınlaşmağa başlayıb. Bildirilir ki, Baxşıyeva həyat yoldaşının ona xəyanətini qəbul etməyərək, boşanmaq qərarı verib. Qeyd edək ki, N.Eldarova özü 80-ci illərdə aktyor Ömür Nağıyevlə ər-arvad olublar və cütlüyün 1985-ci ildə Rüfət adlı oğlan övladları doğulub. Xatırladaq ki, R.Nağıyev üç il öncə dünyasını dəyişib.

Əfsanəvi aktrisa Hökumə Qurbanova həmkarı Ələsgər Ələkbərovla və məşhur teatr rəssamı Nüsrət Fətullayevlə ailəli olub. Onun N.Fətullayevlə nikahından qızı, mərhum aktrisa Vəfa Fətullayeva dünyaya gəlib.

Müasir səhnə adamları arasındakı "Məhəbbət üçbucağı"ndan danışarkən ilk yada düşənlərdən biri Elşad Xose-Oksana Rəsulova-Namiq Qaraçuxurlu triosu olur. Belə ki, Rəsulovanın Elşad Xoseylə evlənməzdən öncə Namiq Qaraçuxurluyla sevgili olduğu bildirilir. Hətta bu barədə Aygün Kazımova müsahibələrinin birində qeyd etmişdi. Əslində, bu üçbucağı belə sıralasaq, daha doğru olar-Oksana-Namiq-Aygün. Məhz bu səbəbdən Kazımova uzun müddət Rəsulovayla danışmırdı və bu yaxınlarda barışdılar. Bəzi iddialara görə, Kazımovanın Qaraçuxurludan ayrılmasında bu məqam xüsusi rol oynayıb. Belə ki, xalq artisti meyxanaçının xəyanətini bağışlaya bilməyib.

Dövlət Musiqili Teatrın aktyoru Hüseyn Əlili həmkarı Ülviyyə Əliyeva (Keyxanım) ilə ailəli olub. Hazırda isə H.Əlili başqa bir həmkarı Gültac Əlili ilə ailəlidir. Cütlüyün iki övladı var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində