Pikedən şikayət edildi

11 Yanvar 2017 23:42

İspaniya hakimlər komitəsinin sədri Viktoriano Sançez Arminio "Barselona"nın müdafiəçisi Jerar Pikedən şikayət etdiklərini açıqlayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, federasiyaya 29 yaşlı futbolçunun "Athletic" və "Villarreal"dan oyunlardan sonra hakimlərin ünvanına səsləndirdiyi fikirlərlə bağlı məktub göndərilib. Fikirlərin hər biri Federasiya tərəfindən diqqətlə nəzərdən keçiriləcək. Qərarın verilməsi 1 aya qədər çəkə bilər. Pike hər iki oyundan sonra hakim qərəzindən və veriləməyən penaltilərdən danışmışdı.

Milli.Az