Prezident İlham Əliyev finlandiyalı həmkarını təbrik edib

5 Dekabr 2016 18:18

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Finlandiya Respublikasının prezidenti Sauli Niinistöyə təbrik məktubu ünvanlayıb. 

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli cənab prezident,

Finlandiya Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Finlandiya xalqına daim sülh və firavanlıq diləyirəm".

Milli.Az

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev