Parisdə turizm agentliyində insident - 7 nəfər girov götürüldü

2 Dekabr 2016 23:10

Fransanın paytaxtı Parisdə silahlı insident baş verib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, silahlı şəxs paytaxtdakı turizm agentliklərindən birində 7 nəfəri girov götürüb. Bu barədə "Daily Mirror" şəhər polisindəki mənbəyə istinadən xəbər yayıb.

Hadisə barədə ətraflı məlumat verilmir.

Milli.Az