Türkiyədə TERROR TƏHLÜKƏSİ: 20 bina boşaldıldı - VİDEO

2 Dekabr 2016 13:39

Türkiyənin İzmir şəhərində terror təhlükəsi ilə əlaqədar 20 binadan insanlar təxliyə olunublar.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, polis şəhərin Karşıyaka rayonundakı biznes mərkəzində terror aktı ilə bağlı xəbərdarlıq alıb.

Xəbərdarlıqdan dərhal sonra polis və xilasedicilər sakinləri bölgədən uzaqlaşdırmağa başlayıblar.

Hazırda ərazidə partlayıcı qurğu üzrə mütəxəssislər çalışırlar.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Türkiyədə terror təhlükəsi: 20 bina boşaldıldı