Ronaldunun "Barcelona"ya transferi niyə baş tutmayıb?

2 Dekabr 2016 10:08

"Barcelona"nın sabiq prezidenti Xuan Laporta həftəsonu baş tutacaq "el-klasiko" öncəsi maraqlı açıqlamalar verib.

Goal.az xəbər verir ki, sabiq klub prezidenti "Real"ın portuqaliyalı futbolçusu Kriştianu Ronaldu haqda danışıb.

O bildirib ki, vaxtı ilə Ronaldunu transfer etmək istəyiblər. Ancaq "Real"lının "Barcelona"ya keçməməsinə 2 milyon avro və futbolçunun meneceri səbəb olub: "Prezident seçkilərindən sonra Ronaldinyo, Rafael Markez və Rikardo Kuarejma kimi futbolçuları transfer etdik.

Transfer edə biləcəyimiz dördüncü futbolçu isə "Sporting"də forma geyinən Kriştianu Ronaldu ola bilərdi. Biz onun üçün 17 milyon avro ödəməyə hazır idik, amma meneceri razı olmadı. Sonradan bildik ki, transferin həyata keçməməsinə 2 milyon avro səbəb olub. Çünki Ronaldu 19 milyon avro qarşılığında "Manchester United"ə transfer olunmuşdu".
 
Ronaldu 2003-cü ildə "Sporting"dən "Manchester United"ə, 2009-cu ildə 94 milyon avroya "Real"a transfer olunub. 

Milli.Az