İmişlidə avtomobil dərəyə düşüb, 2 gənc xəsarət alıb

2 Dekabr 2016 09:05

İmişlidə yol qəzası nəticəsində 2 nəfər xəsarət alıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Cahar kəndi ərazisində qeydə alınıb.
Minik avtomobili kənddə idarəetmədən çıxaraq yol kənarındakı su ilə dolu dərəyə düşüb. Hadisə nəticəsində avtomobildə olan iki əmioğlu - Otuziki kənd sakinləri - 22 yaşlı Xanbala Mahir oğlu Ağayev və 21 yaşlı Elməddin Oqtay oğlu Ağayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həkimlərin ilkin tibbi yardımından sonra hər iki yaralı travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az