Sinqapur Kosovonun müstəqilliyini tanıdı

2 Dekabr 2016 00:00

Sinqapur rəsmi olaraq Kosovonun suverenliyini tanıyıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Kosovo prezidenti Haşim Taçi öz "Twitter" bloqunda yazıb.
"Kosovonun müstəqilliyini tanıdığına görə Sinqapura təşəkkür edirəm. BMT-nin üzvü olan əksər ölkələr artıq bu addımı atıb. Kosovo dünyadakı yerini sübut etmək üzrədir", - deyə o yazıb.

Milli.Az