Ərdoğan və Merkel Suriyadakı vəziyyəti müzakirə ediblər

1 Dekabr 2016 23:57

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, danışıq zamanı Suriyanın Hələb şəhərində yaranmış vəziyyət müzakirə edilib.

Tərəflər həmçinin şəhər əhalisinə humanitar yardımların çatdırılması istiqamətində səylərin artırılmasının vacibliyini vurğulayıblar.

Milli.Az