“Charlie Hebdo” Merkelin karikaturası ilə çıxdı - FOTO

1 Dekabr 2016 20:57

Fransanın "Charlie Hebdo" satirik həftəliyi ilk dəfə alman dilində çıxıb.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, jurnalın üz səhifəsində 2015-ci ilin sentyabrında "dizel qalmaqalı"nın mərkəzində olan "Volkswagen" avtokonserni və Almaniya kansleri Angela Merkel yer alıb.
Jurnalın alman dilində ilk sayı 200 min nüsxə ilə satışa çıxarılıb.
"VW Merkeli dəstəkləyir" imzası ilə verilən karikaturada "Volkswagen" avtokonserni mexaniki hidravlik qaldırıcı ilə kansleri qaldırır.
Milli.Az