Hindistanda zavodda partlayış: 18 nəfər ölü

1 Dekabr 2016 20:41

Hindistanın cənubunda fəaliyyət göstərən partladıcı maddə istehsalı müəssisəsində baş vermiş güclü partlayış nəticəsində 18 nəfər ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, insident Tamilnadu ştatında baş verib.  Partlayış nəticəsində bina uçub. Partlayış dalğası beton plitələrini 50-dək kənara atıb, yaxınlıqdakı evlərdə və avtomobillərdə şüşələr qırılıb.  Partlayış yerli əhali arasında təlaşa səbəb olub.
 
Partlayışın səbəbli araşdırılır.

Milli.Az