17 yaşlı qızı "zorlayan": "Özü gedib qucağında oturdu" - FOTO

1 Dekabr 2016 18:37

Antaliyanın Manavqat qəsəbəsində otelə istirahət üçün gələn 17 yaşlı alman qızı zorlamaq iddiası ilə həbs edilən işçisi azadlığa buraxılıb.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, "5 ulduzlu" bir oteldə ailəsiylə istirahət edən alman əsilli C.H. bu ilin 17 sentyabrında, axşam saatlarında otelin işçisi olan 24 yaşlı Ş.B. ilə bir disko kluba əylənməyə gedib. Birlikdə əyləndikdən sonra səhərə qarşı Ş.B.-nin qaldığı evə gedib. Otelə qayıdan C.H. bir müddət sonra ailəsiylə Çolaklı Polis Bölməsinə gedərək Ş.B. və həmin otelin digər əməkdaşı - 38 yaşlı H.B. tərəfindən zorladığı haqda şikayət edib. 

Şikayət polislər tərəfindən nəzarətə alınan Ş.B. və H.B. həbs olunmuşdu.

Bu gün keçirilən məhkəmə prosesində Ş.B. onun haqda olan iddianın əsassız olduğunu deyib: "C.H. əlində viski bardağıyla yanımıza gəldi, H.B.-nı yataq otağına apardı. Bir müddət sonra C.H. H.B.-nın qucağına oturdu. Mən bu vəziyyətdən rahatsız oldum. Öpüşdüklərini görüb evdən çıxdım. Təxminən 40-45 dəqiqə sonra evə qayıtdım. Onların cinsi əlaqəyə girdiklərini görmədim. Daha sonra C.H.-nı otelə yola saldım".

Məhkəmə prosesində istintaqın nəticəsinə əsasən təqsirkarların günahsız olduğu qərara alınaraq sərbəst buraxılıblar.

Milli.Az