Azərbaycanda daha 11 bank dövlət xətti ilə ipoteka krediti verəcək

1 Dekabr 2016 14:54

"Azərbaycan İpoteka Fondu" ASC-nin (AİF) müvəkkil banklarının sayı artırılaraq 8-dən 19-a çatdırılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, daha 11 bank - "AFB Bank", "Nikoil Bank", "Unibank", "Bank Respublika", "Turanbank", "Caspian Development Bank", "Expressbank", "Silkway Bank", "Rabitəbank", "Bank VTB (Azerbaijan)" ASC-lər və "YapıKredi Bank (Azerbaijan)" QSC dövlət xətti ilə ipoteka krediti verəcək.

Həmçinin 8 bank - "AGBank", "Azər-Türk Bank", "Bank Avrasiya", "Bank BTB", "Xalq Bank", "Kapital Bank", "NBC Bank" və "PAŞA Bank" ASC-lər də AİF-in müvəkkil kredit təşkilatları olaraq qalır.
Bundan başqa, Fondun müvəkkil sığorta şirkətlərinin də sayı artırılıb. Daha 11 sığortaçı - "Atəşgah Həyat Sığorta", "Atəşgah Sığorta", "Azsığorta", "Xalq Sığorta", "Atasığorta", "Bakı Sığorta, "AXA MBask", "A-Qroup Sığorta", "Rəvan Sığorta", "Azərsığorta" və "Silkway Insurance" ASC-lər borcalanın həyatını və ipoteka predmeti olan daşınmaz əmlakı sığortalaya biləcək.
Həmçinin 4 sığorta şirkəti - "Qala Həyat Sığorta", "Qala Sığorta", "PAŞA Həyat Sığorta" və "PAŞA Sığorta" ASC-lər də AİF-in müvəkkil sığorta şirkətləri olaraq qalır.
Fondun müvəkkil qiymətləndirici şirkətlərinin sayı isə dəyişməyib. Hazırda müvəkkil banklar ipoteka kreditləşməsi yolu ilə əldə edilən əmlakın qiymətləndirilməsini yalnız "Biləndər" firmasına və "MBA Ltd." MMC-yə həvalə edə bilərlər.

Milli.Az