"Beşiktaş"ın hücumçusu tilsimi qırmağa çalışacaq

1 Dekabr 2016 19:57

Türkiyə Superliqasının 13-cü turu növbəti İstanbul derbisi ilə əlamətdar olacaq. "Beşiktaş" səfərdə "Fənərbağça"nın qonağı olacaq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "qara qartallar"ın hücumçusu Cenk Tosun bu matçda bir ilkə imza ata bilər. Gənc forvard Superliqada "Fənərbağça"nın qapısından top keçirə bilməyib. Cenk  "Gaziantepspor"da çıxış etdiyi dönəmdə də (2010-14-cü illər) "sarı lacivərdlilər"i məyus edə bilməmişdi. Türkiyə millisinin üzvü 7 qolla "Beşiktaş"ın ən məhsuldar futbolçusudur.

Milli.Az