Jurnalistlər boykot etdilər, Röya siyahıdan çıxarıldı

1 Dekabr 2016 14:35

31 dekabrda Olimpiya kompleksində keçiriləcək "Ən Yeni il" gecəsi ilə bağlı bu gün müğənni Röyanın iştirakı ilə mətbuat konfransının baş tutacağı gözlənilirdi.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, mətbuat bu tədbirə dəvət olunsa da, jurnalistlər Röya Ayxanla aralarında yaranan gərginlik səbəbi ilə konfransa qatılmayacaqlarını elan etmişdilər.

İndilərdə aldığımız məlumata görə, təşkilatçılar məsələdən xəbərdar olandan sonra mediaya müraciət edərək bildiriblər ki, Röya Ayxanın adı konfransda iştirak edəcək şəxslərin siyahısından çıxarılıb. Mətbuatdan isə tədbirə gələrək konfransı işıqlandırılması xahiş olunub. Odur ki, konfransda Miri Yusif tək iştirak edəcək.

Milli.Az