11 dövlət səhiyyə müəssisəsi özəlləşdiriləcək

1 Dekabr 2016 14:15

Azərbaycanda 11 dövlət səhiyyə müəssisəsinin özəlləşdirilməsi nəzərdə tutulub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib.

Onun sözlərinə görə, bunlar əsasən təsərrüfat hesablı müəssisələrdir:

"11 müəssisə artıq müvafiq siyahıya daxil edilib. Bunların da özəlləşdirilməsi labüddür. Ancaq gələcəkdə özəlləşdiriləcək müəssisələrin profilinin müəyyən müddətə dəyişdirilməməsi də gündəmdə olan məsələlərdəndir".

Nazir müavini bildirib ki, özəlləşdiriləcək səhiyyə müəssisələri sırasında Mərkəzi Dənizçilər Xəstəxanası, Bakı Dəmiryolu Xəstəxanası və Mərkəzi Dəmiryolu Xəstəxanası da var.

Milli.Az