Bakı metrosunda daha bir İNTİHARA CƏHD - YENİLƏNİB

1 Dekabr 2016 13:54

13:54

Bu gün metroda intihara cəhd edən şəxsə heç nə olmayıb.

Bunu Milli.Az-ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

Şöbə rəisinin sözlərinə görə, hadisə "İçərişəhər"dən "Dərnəgül" stansiyasına doğru gedən 14 saylı qatarın hərəkəti zamanı "Nəriman Nərimanov" stansiyasında baş verib. Belə ki, 1989-cu il təvəllüdlü, Bakı şəhər sakini Sadıqov Murad Məhəmməd oğlu özünü relslərin üstünə, qatarın altına atıb. Lakin bunu görən maşinist çevik reaksiya verərək qatarı saxlaya bilib. Daha sonra işçilər onu yoldan çıxarıblar, qatarların hərəkəti də bərpa edilib".

Milli.Az xəbər verir ki, hazırda M.Sadıqov polis nəzarətindədir. Hələlik onun bu addımı hansı səbəbdən atdığı məlum deyil, araşdırma aparılır.

-----------

13:44

Bakı metrosunda daha bir insident olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı Metropoliteninin "Nəriman Nərimanov" stansiyasında qeydə alınıb. 30-35 yaşlarında kişi özünü qatarın altına atıb. Maşinistlər qatarı vaxtında dayandıra bildiyindən ona heç nə olmayıb.
 
Hazırda intihara cəhd edənin kimliyi və bu addımı atmasının səbəbi müəyyənləşdirilir.
 
Qeyd edək ki, Bakı metrosunda dünən də analoji hadisə baş vermişdi.

İlkin İzzət
Milli.Az