Azərbaycan Avropa Şurasının konvensiyasına qoşuldu - FOTO

1 Dekabr 2016 12:33

Macarıstanın Budapeşt şəhərində keçirilmiş  Avropa Şurasının İdmana məsul Nazirlərinin 14-cü Konfransı öz işini yekunlaşdırıb.
 
Məlumat üçün bildirək ki, konfransda nazir Azad Rəhimovun rəhbərliyi altında nümayəndə heyəti iştirak edib.
 
Milli.Az xəbər verir ki, konfrans çərçivəsində nazir Azad Rəhimov  "Avropa Şurasının futbol oyunları və digər  idman tədbirləri zamanı  təhlükəsizlik,  mühafizə və xidmət məsələlərinə  vahid yanaşma ilə bağlı Konvensiyası"na qoşulması üçün sənədə imza atıb.

Milli.Az