Marketdə qarşıdurma: "Əl vurma mallarıma! Vurma!" - VİDEO

1 Dekabr 2016 20:40

Rusiyanın Surqut şəhərində ticarət müəsssiələrində satışda olan ərzaqların və malların keyfiyyətinə könüllü istehlakçı nəzarətini həyata keçirən "Xryuşi protiv" proqramının çəkilişlərindən birində qalmaqal yaranıb.

Milli.Az bildirir ki, şəhərin Marşal Konev küçəsi, ev 5 ünvanda yerləşən supermarketdə istifadə müddəti çoxdan bitmiş məhsulların sayı həddən ziyadə idi.

Reydin rəhbəri Svetlana Vasilyeva ilə dükanın əməkdaşları və sahibi arasında qarşıdurma yaranıb.

Özünü dükanın sahibi kimi təqdim edən azərbaycanlı reyd iştirakçılarına qışqırıb: "Əl vurma mallarıma!" Vurma!"

Milli.Az