Türkiyəli müğənnini güllələdilər? - YENİLƏNİB - VİDEO - FOTO

1 Dekabr 2016 13:06

13:06

Güllələndiyi deyilən müğənni iddialara cavab verib:
 
"Həyatımda ilk dəfə belə bir hadisə ilə qarşılaşdım. Psixoloji çox təsir etdi, çünki hər şey bir anda oldu. Bir anda menecerim və təhlükəsizlik əməkdaşları yanıma gələrək məni ərazidən uzaqlaşdırdılar. Həmin məqamda pilləkəndən düşərkən ayağım burxuldu. Sosial şəbəkələrdə haqqımda yazılanlar doğru deyil. Sağlamlığım yerində, yalnız ayağımda bir az ağrı var və bir müddət dincələcəm. İndi xəstəxanadayam. Müalicəm bitsin, evə gedəcəm".

---------

10:43

Sosial şəbəkələrin ən çox danışılan ismi Kerimcan Durmazın dünən axşam səhnə aldığı məkanda silahlı insident baş verdiyi və Durmazın da yaralandığı deyilir.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, "Samsun Hayal Kahvesi"nde səhnə alan homoseksual müğənni Kerimcan Durmazın səhnə aldığı məkandakı atışma xəbəri ötən gecə sosial şəbəkələrdə ən çox danışılan mövzu olub.

Durmazın yüngül yaralandığı iddia edilir.

Təhməz Təkin

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Türkiyəli müğənnini güllələdilər?