Azərbaycanlı bi-boy Naqoyada - FOTO

1 Dekabr 2016 09:49

Azərbaycanlı bi-boy "BC One" tacı uğrunda mübarizə üçün Naqoyaya getdi.

Milli.Az xəbər verir ki, dekabrın 3-də Red Bull BC One 2010-cu ildən ikinci dəfədir ki, dünyanın ən bacarıqlı rəqqaslarıyla birlikdə Yaponiyaya qayıdır. 13 ölkədən 16 bi-boy atəşli tamaşaçıların qarşısına, breyk-dans solo-rəqqasların arasında ən güclüsünu təyin etmək üçün çıxacaq. Birini çıxmaq şərti ilə 16 iştirakçı keçmiş çıxışları əsasında sonuncu döyüşə qatılmaq hüququnu qazanmışdır, 16-cı yerin sahibi isə Last Chance Cypher-in qalibi olacaq.

2016-cı ilin may ayında Azərbaycan Sayferi (seçim mərhələsi) keçdi və Dünya finalına qədər bir neçə gün əvvəl, seçim mərhələlərinin 35 ölkədən olan 38 qalibi ilə birlikdə bi-boy Stimo artıq final öncəsi tədbirdə iştirak üçün Naqoyaya gedib.

BC One səhnəsində olacaq döyüşlər qrup şəklində deyil, mürəkkəb və təmtəraqlı klassik təkbətək görüş formatında həyata keçiriləcək.

Artıq Naqoyada olan azərbaycanlı bi-boy Stimo öz fikirləri ilə bölüşüb.

"Emosiyalar müxtəlifdir, amma sakit dayanmağa çalışıram. Ancaq əvvəlki finalların təcrübəsinə əsaslanaraq, yarışa yaxın vəziyyət daha da gərgin olacaq.

Belə miqyaslı döyüşlərdə hazırlıq, əlbəttə ki, rol oynayır, hamı öz vətənində ən yaxşılardan yaxşısıdır, amma nəticədə hər şey psixoloji vəziyyətdən asılı olacaq və mən düşünürəm ki, seçimi sakitcə köklənmiş və təcrübəli bi-boylar keçəcəklər.

Mən inanıram ki, öz arsenalımı göstərə və Azərbaycanı ləyaqətlə təqdim edə biləcəm - çox maraqlı hazırlıqlarım var. Ən əsası, 20 saatlıq yoldan sonra doyunca yatmaq və istirahət etməkdir, ondan sonra da, ən mürəkkəb məqam Top 16-ya seçməni keçməkdir".

Red Bull BC One - bu  kombinasiya edilmiş rəqslərin, musiqinin, incəsənətin və hip-hop dünyasının qlobal bayramının qeyd edilməsidir. 2004-cü ildən bütün dünyadan breyk-dansın ən güclü solo-rəqqaslarını cəzb edən breyk-dans dünyasının əsas yarışdır.

Red Bull BC One Dünya finalının iştirakçıları:

Viktor (ABŞ), Taisuke (Yaponiya), İssei (Yaponiya), Kleju (Polşa), Kid Colombia (Hollandiya), Cheerito (Rusiya), Sunni (Böyük Britaniya), Hong10 (Koreya), Soso (Fransa), Lil Zoo (Mərakeş), Focus (Finlandiya), Bruce Almighty (Portuqaliya), Ben Stacks (ABŞ), Neguin (Braziliya), Kuzya (Ukrayna) və Last Chance Cypher qalibi, ola bilər, bu Stimo da olsun.

Milli.Az