Tatar salatı

2 Dekabr 2016 07:00

Milli.Az tatar salatının hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

1 st. buğda yarması
2 pomidor
2 alma
2 şirin bibər
1 diş sarımsaq
3 x.q. zeytun yağı
göyərti 
duz
2 x.q. limon şirəsi

Yarmanı 1 saat soyuq suda isladın, sonra isə dərin qaba yığın. 
Almanı, bibəri və pomidorları yuyub doğrayın, yarma ilə qarışdırın. 

Sarımsaqla göyərtini xırdalayıb bitki yağı və limon şirəsi ilə qarışdırın, duz-istiot vurun. 
Salatın üzərinə gəzdirib 50 dəqiqə soyuducuda saxlayın. 

Nuş olsun! 

resept: domashniy.ru

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az