H vitamini hansı qidalarda mövcuddur?

1 Dekabr 2016 23:45

B7 vitamini və ya H vitaminin digər bir adı biotindir.

Suda həllolunan vitaminlər kateqoriyasında aid olan biotin orqanizmdə toplanmır. Əsasәn digər B vitaminləri kimi bədənə enerji verir, ərzaqlar yolu ilə alınan yağ və karbohidratların sintezində istifadə edilir. Bundan başqa, mərkəzi sinir sisteminin işləməsinə yardımçı olur.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, biotin çatışmazlığında nevroloji xəstəliklər, inkişaf problemləri, saç və dəri problemləri görülə bilər.
Biotin çatışmazlığında, enerji azlığı səbəbindən əzələ ağrıları, halsızlıq müşahidə olunur.
İndi isə, gəlin H vitamini ilə zəngin olan qidalar ilə tanış olaq:
Qurudulmuş zəncəfil
Qurudulmuş cəfəri
Qəhvəyi şəkər
Balqabaq tumu
Şirin kartof
Ağ göbələk
Buğda unu
Qara çay
İstiot
Mərci
Cəfəri
Yaşıl noxud
Gül kələmi
Yaş qruplarına görə qəbul edilməsi lazım olan biotin miqdarı:
0-6 ay arası: 5 mikroqram
6-12 ay arası: 6 mikroqram
1-3 yaş arası: 8 mikroqram
4-8 yaş arası: 12 mikroqram
9-13 yaş arası: 20 mikroqram
14-18 yaş arası: 25 mikroqram
19 yaş vә yuxarı: 30 mikroqram

Milli.Az