Şəmkirdə ana və 2 yaşlı uşağı dəm qazından zəhərləndi

28 Oktyabr 2016 20:47

Şəmkirdə ana və azyaşlı övladı dəm qazından zəhərlənib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Daşbulaq qəsəbəsində qeydə alınıb.
 
Kənd sakini, 1993-cü il təvəllüdlü Ellada Quliyeva və onun 2 yaşlı övladı vanna otağında olarkən dəm qazından zəhərləniblər. Zərərçəkənlər Şəmkir Rayon Mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri orta-ağır kimi qiymətləndirilir.
 
Faktla bağlı araşdırma aparılır.

Milli.Az