"İstəmirəm övladım ərköyün olsun" - Gülay

25 Oktyabr 2016 18:16

Vaxtında əziyyət çəkməsəydim, bu gün uğur qazana bilməzdim.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Gülay Zeynallı "10-dan sonra" verilişində deyib. 

Sənətçi qızı Sahiləni ərköyün böyütməməyə çalışdığını bildirib:

"Mən zəhmət görmüşəm. İndi istəmirəm qızım böyüyəndə düşünsün ki, anam da, atam da tanınmışdır, ərköyün olum. Bu yaxınlarda mağazaya girmişdik, 2 manatlıq oyuncaq istədi, almadım. Pulum da var idi. İstəmirəm düşünsün ki, hər dediyi olmalıdır. Bir dəfə də istədiyini almayaq".

G.Zeynallı idmançı həyat yoldaşı Kamil Zeynallının onu qısqanıb-qısqanmaması ilə bağlı suala belə cavab verib:

"Biz ailə quranda bilirdi ki, sənətçiyəm. İşim olmayanda da evimdə oluram".

Milli.Az