Mərakeşdə ağır yol qəzası baş verib: 8 ölü, 20 yaralı

24 Oktyabr 2016 08:33

Mərakeşin Kasablanka şəhərində ağır yol qəzası baş verib.

Trend-in "RİA Novosti"-yə istinadən verdiyi məlumata görə, qəza nəticəsində azı 8 nəfər ölüb, 20 nəfər yaralanıb.

Məlumatda deyilir ki, Mərakeşdə axırıncı bir il ərzində qəzalar nəticəsində 3500-dən çox adam ölüb.

Milli.Az