Teleaparıcı Afaq kiminlə eşq yaşayır? - FOTO

28 Sentyabr 2016 21:27

"ATV maqazin onlarla" verilişinin aparıcısı Afaq Gəncəli şəxsi həyatı barədə olanları gizli saxladığını açıqlayıb. Milli.Az bildirir ki, big.az-a danışan aparıcı xanım sirli qalmağı sevmədiyini ancaq şəxsi həyatı ilə bağlı müəyyən nüansları gizli saxladığını bildirib: 

"Sirli qalmağı heç sevmirəm. Heç vaxt sirli qalmıram. Mənim nəyim var üzdədir. Şəxsi həyatımla bağlı sirrlərim var. Şəxsi həyatımı tamaşaçıdan gizlədirəm. Çünki o mənim özəl həyatımdır, nəyə lazım bu barədə danışmaq?!"

Milli.Az