Ramiz Mehdiyev 7 saylı seçki məntəqəsində səs verib - FOTO

26 Sentyabr 2016 18:58

Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə əlaqədar sentyabrın 26-da keçirilən ümumxalq səsverməsinin başlandığı səhər saatlarından Bakının 29 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsində xüsusi canlanma müşahidə olunurdu.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev həmin məntəqədə səs verib.

Məntəqədə səsvermənin gedişini beynəlxalq və yerli müşahidəçilər izləyirdilər.

Milli.Az